Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
Far.Az xəbər saytı

Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir


Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdan gələn sammiti Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələsi olmalıdır.

"Far.Az"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Astanada keçirilən "Türk dünyasının dialoqları: ortaq gələcək, ortaq baxış" mövzusunda panel müzakirəsində bildirib.

Tədbir oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin XIII sammiti ərəfəsində baş tutub.

Duran həmçinin bildirib ki, Türkiyə TDT-də sədrliyi qəbul etdikdən sonra təşkilat daxilində əməkdaşlığı möhkəmləndirmək və beynəlxalq arenada onun rolunu artırmaq niyyətindədir.

Orta Dəhlizin inkişafı, enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi, ticarət inteqrasiyası, rəqəmsal iqtisadiyyat, süni intellekt, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri adlandırılıb.

Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu qeyd edib ki, enerji resursları, coğrafi mövqe və tranzit imkanları Türk dünyasının inkişafı üçün əhəmiyyətli potensial yaradır.

İştirakçılar həmçinin universitetlər və alimlər arasında əməkdaşlığı, ortaq Türk əlifbası üzərində işi və humanitar əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

İnformasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilib. Tərəflər dezinformasiya, rəqəmsal manipulyasiyalara qarşı birgə mübarizənin, habelə ortaq kommunikasiya platformalarının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər