Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
Azərbaycanda qızıl qaçaqmalçılığında ittiham olunan 5 nəfərə hökm oxunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.
Onlardan 3-ü məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar.
Bunun üçün ümumilikdə 215 min manat vəsait toplanıb, Bakı şəhərinin Nəsimi rayonundakı "Moskva" ticarət mərkəzində müxtəlif əyarlı qızıl məmulatları əridərək təmiz halda 999 əyarlı qızıl boyunbağılar, qolbaqlar düzəldiblər.
Hazırlanan qızıl məmulatlarının ümumi dəyəri 213 594 manat, kütləsi isə 984,94 qram olub. Qızılların gömrük nəzarətindən gizlədilməsi məqsədilə onların Bakı-Naxçıvan sərnişin avtobusunun arxa oturacağında gizlədildiyi müəyyən edilib. Daha sonra Biləsuvar gömrük məntəqəsindən İran ərazisinə, oradan isə Culfa vasitəsilə Naxçıvana keçirilib və Türkiyəyə aparılması planlaşdırılıb.
Məlumata görə, Əli Ə. qızılların Türkiyəyə aparılmasını təşkil edib. Cəlil M. isə bu işdə ona kömək edib.
Vüsal S., Afiq A. və Rəvan Ə. qızılın alınması, əridilməsi, hazırlanması və maliyyələşdirilməsində iştirak etdiyi bildirilib.
Əli Ə. və Cəlil M. Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Vüsal S., Afiq A. və Rəvan Ə. isə 32, 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayətində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Məhkəmə qərarlarını dəyişdirmək adı altında 100 min manatlıq dələduzluq edən 4 nəfərə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər













