Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib
Far.Az xəbər saytı

Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Cared Kuşnerin öncə Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəyini təsdiqləyib.

"Report" xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.

"Biz bu səfərə hazırlaşırıq. Geniş diplomatik komandamızla - məhz ABŞ tərəfi ilə işləyənlərlə müşavirə keçirildi. ABŞ nümayəndələrinin əvvəlki diplomatik səfərləri zamanı olduğu kimi, danışıqçıların təhlükəsiz gəlməsi üçün Rusiya hava məkanının normal fəaliyyətini təmin edəcəyik", - o qeyd edib.

Ukrayna Prezidenti Rusiyanı da danışıqların aparılması və ABŞ tərəfinin səfəri ilə bağlı logistik məsələlərin həlli üçün lazım olan müddət ərzində hava zərbələrinin dayandırılmasını təmin etməyə çağırıb.

"Məqsədimiz ABŞ tərəfi ilə maksimum konstruktiv, məzmunlu səfər və danışıqlardır. Bu müharibəni sona doğru necə yönləndirmək barədə real variantlar axtarmaq lazımdır. Görək Stiv və Caredin hansı təklifləri var və Moskvada onlara nə cavab verəcəklər", - Zelenski deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər