İndoneziyada pulsuz yemək yüzlərlə şagirdi zəhərləyib
Far.Az xəbər saytı

İndoneziyada pulsuz yemək yüzlərlə şagirdi zəhərləyib


İndoneziyada pulsuz naharlardan zəhərlənənlərin sayı 2 min nəfərə yaxınlaşıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən xəbər yayıb.

Qeyd olunur ki, Şərqi və Mərkəzi Yava, Qərbi Sumatra, Açeh və Cənubi Sulavesidə qeydə alınan hadisələr dövlət proqramı çərçivəsində təqdim olunan qidadan istifadə etdikdən sonra xəstələnən təxminən 1 950 şagird, müəllim və internat məktəblərinin şagirdlərini əhatə edib.

İndoneziyanın Rembang Səhiyyə İdarəsinin rəhbəri Əli Siofinin sözlərinə görə, ən böyük zəhərlənmə hadisəsi Mərkəzi Yavanın Rembang dairəsində baş verib. Burada 752 şagird və 25 müəllim zərər çəkib. Zərərçəkənlərin əksəriyyəti tibb müəssisələrinə ishal, ürəkbulanma, qusma və qarın ağrısı şikayətləri ilə müraciət edib.

Sentyabrın 2-nə olan İndoneziya Səhiyyə Nazirliyinin məlumatına görə, MBG proqramı ilə əlaqəli qida zəhərlənməsi halları nəticəsində 36 əyalətin 245 rayon və şəhərində 560 hadisə qeydə alınıb və ümumilikdə 50 059 nəfər zərər çəkib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər