Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır?
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir.
Bu dövrdə büdcənin gəlirləri proqnozu 855.9 milyon manat və ya 3.8% üstələyib. Nazirlik isə daxili borclanma məqsədilə istiqraz buraxıb.
Baku TV-nin məlumatına görə, sentyabrın 1-də Bakı Fond Birjasında tədavül müddəti 1 080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda 200 milyon manatlıq ilkin buraxılış həcmi nəzərə alınsa da, investorlar tərəfindən təqdim edilən sifarişlərin ümumi məbləği 499.2 milyon manat təşkil edib. Bunun 345.9 milyon manatlıq hissəsi təmin olunub.
Başqa sözlə, Maliyyə Nazirliyi bu hərracda sözügedən məbləğdə borc alıb. Maraqlıdır, büdcədə gəlirlərin xərcləri 3.4 milyard manat üstələdiyi halda borclanma nə ilə bağlıdır?
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib













