Amil Ağacanov: "Qəbələ"də bəzi dəyişikliklər olub"
"Qəbələ" komandasında bəzi dəyişikliklər olub.
"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın məşqçisi Amil Ağacanov Misli Premyer Liqasının IV turunda "İmişli"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları matçı şərh edib:
"Üç oyundan sonra 1 xalımız var idi. Komandamızda bəzi dəyişikliklər oldu. Məşqçilər heyəti olaraq keçirdiyimiz oyunları analiz etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" komandası uzun toplardan çox istifadə edir və standartlarda yaxşı oynayırlar. Buna uyğun planla hazırlaşdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Qələbə münasibəti ilə bütün futbolçuları, azarkeşləri, ürəyi "Qəbələ" ilə döyünən hər kəsi təbrik edirəm"
Qeyd edək ki, "Qəbələ" - "İmişli" görüşü ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib













