ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Vaşinqtonun İrəvanı Bakı ilə ilkin sülh razılaşmasına imza atmağa inandırması, digər məsələlərlə yanaşı, həm də "Nvidia" süni intellekt mikroçiplərinə çıxış vədi sayəsində mümkün olub.
Far.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri danışıqlar prosesində iştirak edən mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hrazdan şəhərindəki "Firebird" məlumat mərkəzi üçün çiplərin alınmasına genişləndirilmiş icazələrin verilməsi İrəvan üçün əsas stimullardan biri olub. ABŞ-li diplomatlar hesab ediblər ki, Birləşmiş Ştatlarla daha sıx iqtisadi əlaqələr təklif ediləcəyi təqdirdə Ermənistanın sülh prosesinə razılıq vermək ehtimalı artacaq. Qəzet qeyd edib ki, bu addım güclü "Nvidia" çiplərinin alınmasına icazənin verilməsini də əhatə edirdi.
"Firebird" layihəsinin müəllifləri 2027-ci ilin sonuna qədər sözügedən məlumat mərkəzində 70 min ədəd ən yeni "Nvidia Grace Blackwell" və "Vera Rubin" süni intellekt serverlərini yerləşdirməyi planlaşdırırlar.
ABŞ-nin Ermənistandakı keçmiş səfiri Kristina Kvin nəşrə açıqlamasında bildirib ki, "Nvidia" şirkəti bu sövdənin çox vacib bir detalı olub.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün bərqərar olması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılıb.
TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçəcək strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
İqtisadi xarakter daşıyan bu təşəbbüsə dəmir yolu, avtomobil magistralı, neft və qaz kəmərləri, həmçinin optik-lifli rabitə xətlərinin inşası daxildir. Layihənin icrası Ermənistan qanunvericiliyinə uyğun olaraq, heç bir hərbi komponent olmadan ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Plana əsasən, Birləşmiş Ştatlar layihənin icrası üçün 99 ilə qədər eksklüziv hüquqlar əldə edəcək və bəzi sahələri infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma subicarəyə vermək imkanına malik olacaq./Oxu.az
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
-
Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir
-
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub













