FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb
ABŞ Hərbi Dəniz Qüvvələri son dörd ay ərzində Hörmüz boğazında gecə saatlarında gizli minatəmizləmə əməliyyatları həyata keçirib.
Far.Az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonla Tehran arasında bölgədə qarşılıqlı zərbələr davam etdiyi bir vaxtda ABŞ hərbçiləri boğazda ayrıca xüsusi əməliyyat da keçiriblər.
Məlumata əsasən, minatəmizləmə fəaliyyətinə ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi hazırlıqlı dalğıcları, robotlaşdırılmış katerlər və sualtı qurğular cəlb olunub. Əməliyyatların əsasən gecələr həyata keçirildiyi bildirilib.
ABŞ hərbçiləri ehtimal olunan minaların aşkarlanması üçün yedəyə alınan hidroakustik sensor sistemləri ilə təchiz edilmiş robot katerlərdən və xüsusi sualtı aparatlarından istifadə ediblər. Aşkarlanan təhlükəli obyektlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi prosesində dalğıclar da iştirak edib.
"Financial Times" qeyd edib ki, bu əməliyyatlar zamanı ABŞ hərbçiləri arasında minatəmizləmə ilə əlaqəli ölüm və ya itki faktı qeydə alınmayıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













