Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır
Far.Az xəbər saytı

Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır


Bakı buxtasının Dənizkənarı Milli Parkın akvatoriyasına düşən hissəsində suyun səthinin neft ləkələrindən, eləcə də neft əsaslı digər üzvi tullantılardan təmizlənməsi nəzərdə tutulur.

Far.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Dənizkənarı Bulvar İdarəsi" QSC (DBİ) hazırlıqlara başlayıb.

İdarə bunun üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinə 1,77 milyon manat ödəyəcək.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər