Rəna Hümbətova: "Azərbaycan 2036-cı ildən sonra "yaşıl hidrogen" ixrac edə bilər"
Azərbaycanda 2036-cı ildən sonra "yaşıl hidrogen" ixracı nəzərdə tutulur.
Bunu "Report"a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova deyib.
Onun sözlərinə görə, "yaşıl hidrogen"in ixracı ölkənin strateji layihələrindən biridir və ən azı iki strateji layihədə yaşıl hidrogen ixracı nəzərdə tutulub: "Hazırda "Kearney" konsaltinq şirkəti tərəfindən analiz və təhlillər həyata keçirilir. Təhlillərə əsasən, "yaşıl hidrogen" ixracı mümkündür. Amma hazırkı vəziyyətdə Avropada tələbatı hələ müəyyən edə bilmirlər. Çünki Avropa Komissiyası tərəfindən iki hədəf elan olunmuşdu. Birinci hədəf 10 milyon ton "yaşıl hydrogen"in idxalı ilə əlaqədar idi. Hələlik həmin hədəf real görünmür".
R. Hümbətova qeyd edib ki, hazırda Avropada yalnız "yaşıl hydrogen" istehsalı ilə əlaqədar hədəfləri yerinə yetirməyə çalışırlar: "Ona görə bizim bu layihəmizdə "yaşıl hidrogen" ixracı daha sonrakı mərhələ üçün nəzərdə tutulub. Çox güman ki, bu, 2036-cı ildən sonra baş tutacaq. Amma hazırda "yaşıl hidrogen"in istehsalı ilə əlaqədar çox müzakirələr aparılır. Bu, yalnız Azərbaycanda "local capacity" dediyimiz, yəni yerli imkanların araşdırılması ilə əlaqədardır. Yerli imkanların araşdırılması bir pilot layihəsinin formalaşdırılması və onun üzərində dərin texniki-iqtisadi əsaslandırmanın aparılması ilə bağlı işləri nəzərdə tutur. Hazırda "DNV Consulting" şirkəti bu işləri görür".
Agentlik rəsmisi vurğulayıb ki, Azərbaycanda hidrogen klasteri ilə əlaqədar işlər, klasterlərin inkişafı ilə bağlı fəaliyyətlər də davam edir: "İlk pilot layihəyə hələ başlanmayıb. Artıq bu sahədə istiqamətlər araşdırılır və bundan sonra, daxili tələbatdan asılı olaraq əsas istiqamət müəyyən ediləcək. Bundan sonra ilkin mərhələdə texniki-iqtisadi əsaslandırma aparılacaq və daha sonra pilot layihənin tətbiqi ilə bağlı işlər görüləcək. Əgər əsaslandırma nəticəsində "yaşıl hidrogen"in tətbiqi iqtisadi və texniki cəhətdən səmərəli hesab edilsə, pilot layihənin tətbiqi ilə bağlı işlər həyata keçiriləcək".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













