"Milliyet": Bu gün TDT ölkələri müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün işlər görürlər
Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlıq istiqamətində işlər görürlər.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzetinin TDT-nin 30 oktyabrda baş tutacaq Zirvə görüşü ilə bağlı məqaləsində qeyd edilib.
Qeyd olunub ki, TDT ölkələri 6 dövlət və bir millət olaraq ortaq bazara keçid, gömrük ittifaqı, pasportsuz səyahət, ortaq Muzey Kartı tətbiqi, əlifba birliyi və ortaq hərbi, təhlükəsizlik əməkdaşlığı istiqamətində axtarışlar aparırlar:
"Məqsəd dövlətlərin müstəqilliyini qoruyaraq qlobal güc mərkəzləri qarşısında güclü Türk Dünyası Bloku yaratmaqdır. Fərqli təhdidlərlə mübarizə aparan 6 ölkənin vahid xarici siyasət formalaşdırması çətindir. Lakin çoxşaxəli siyasətlərdən hər kəs üçün fayda əldə etmək mümkündürmü? Bu, üzərində düşünülməli və düşünülən bir məsələdir. Bunlar siyasətin gündəmində olan mövzulardır. Lakin məsələnin digər tərəfi də xalqların bir-biri ilə yaxınlaşması, bir-birini tanımasıdır. Əslində, ən vacib olan da budur".
Qəzetdə dərc olunan yazıda TDT ölkələrinin bir vaxtlar sovetlərin parçası olduğu zaman sözügedən ölkələrdə baş verənlərə toxunulub.
Yazıda Azərbaycan ədəbiyyatının və fikir dünyasının simvolik simaları olan şair Mikayıl Müşfiq, yazıçı-dramaturq Hüseyn Cavid, himnin müəllifi Əhməd Cavad, tarixçi və dilçi Vəli Xuluflu kimi minlərlə ziyalının güllələndiyi və ya repressiyaya məruz qaldığı vurğulanıb:
"Bu dövrdə Azərbaycanda təxminən 70-100 min insan repressiyaların qurbanı olub. "Böyük təmizləmə" illərində - 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına keçid dəstəkləndi. Lakin Türkiyənin də latın əlifbasına keçməsindən sonra Moskva təşvişə düşdü və Türkiyə ilə əlaqələri kəsmək məqsədilə 1939-cu ildə Kiril əlifbasına məcburi keçidi tətbiq etdi".
Məqalədə qeyd edilib ki, Azərbaycanla Naxçıvanı birləşdirən və Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edən Zəngəzur bölgəsi sovet rəhbərliyi tərəfindən Ermənistana verildi:
"Beləliklə, Türk dünyasının coğrafi bütövlüyü fiziki olaraq parçalandı. 1990-cı ildə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə həyata keçirilən 20 Yanvar qətliamı, fasiləsiz şəkildə istismar edilən neft və daha çox şey yazmaq olar".
Həmçinin qeyd edilib ki, xarici işlər nazirləri 29 oktyabrda, 30 oktyabrda isə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü üçün dövlət başçıları Ankarada olacaqlar.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq













