Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Far.Az xəbər saytı

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər


"Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir".

BAKU.WS-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur:

"Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və qazilərdən gedir. Nəzərə almaq lazımdır ki, şəhid ailələrinin və qazilərin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir. Bu istiqamətdə məsul qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik tərəfindən şəhid ailələrinin və qazilərin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılıb və proses hazırda da davam edir. Ötən müddət ərzində kifayət qədər çox sayda şəhid ailəsi və qazi mənzillə təmin olunub.

Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər. Lakin burada söhbət məhdud sayda mənzildən gedir. Həmin mənzillərin böyük bir hissəsi əvvəlki illərdə də vətəndaşlara təklif olunub və hazırda orada yaşayan şəxslər var.

Pulsuz, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ isə qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər, eləcə də Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir".

Orxan Hüseyn

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər