Eka Tkeşelaşvili: Qarabağdakı bərpa prosesi yenidənqurma üçün uğurlu nümunədir
Far.Az xəbər saytı

Eka Tkeşelaşvili: Qarabağdakı bərpa prosesi yenidənqurma üçün uğurlu nümunədir


Qarabağdakı bərpa prosesi yenidənqurma üçün uğurlu nümunədir.

"Far.Az"un məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Eka Tkeşelaşvili "Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)"da çərçivəsində keçirilən panel müzakirəsində deyib.

"Qarabağ səfərimizdə oranın yenidən necə qurulduğunun, dəyişdiyinin şahidi olduq. Bütün bunlar yenidənqurma baxımından uğurlu nümunələrdir", - o əlavə edib.

Mərkəzin təmsilçisi dünyada davam edən elektrikləşdirmə prosesinə diqqət çəkərək qeyd edib ki, elektrikləşdirmə prosesi proaktiv planlaşdırmanın bir hissəsi olmalıdır:

"Çünki əvvəlcə bizə nəyin və nə qədər lazım olduğunu başa düşməliyik. Ona görə də burada planlaşdırma çox vacibdir".

Eka Tkeşelaşvili bildirib ki, prosesin dayanıqlı və uzunmüddətli olması üçün mütləq şəkildə cəmiyyətin tələbləri nəzərə alınmalıdır.

Oxşar xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi COP30-da fəal iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər