Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib
ABŞ-də aparılan araşdırma beyində müxtəlif bölgələrdə formalaşan məlumatların vahid xatirəyə necə çevrildiyini ortaya çıxarıb.
Far.Az xəbər verir ki, Kaliforniya Universitetinin San Dieqo şəhərindəki tədqiqatçıları saniyənin onda biri qədər davam edən elektrik impulslarının beynin uzaq bölgələrini eyni ritmdə fəaliyyət göstərməyə vadar etdiyini müəyyənləşdiriblər.
Alimlər epilepsiya müalicəsi alan 35 pasiyentin beynindəki 1373 neyronun fəaliyyətini elektrodlar vasitəsilə izləyiblər. Araşdırma zamanı yüksək tezlikli elektrik dalğalarının beynin müxtəlif nahiyələrində eyni vaxtda yarandığı müşahidə olunub.
Nəticələrə görə, bir-birindən 22 santimetrədək uzaqda yerləşən neyronların eyni vaxtda siqnal ötürmə ehtimalı 30-49 faiz artıb. Bu sinxronluğun beyində ayrı-ayrı məlumatların birləşdirilməsinə və vahid düşüncə və xatirənin formalaşmasına kömək etdiyi bildirilir.
Tədqiqatçılar yaddaş yükü artdıqca bu ritmik əlaqənin də gücləndiyini müəyyən ediblər. Alimlər mexanizmin sağlam beyində necə işlədiyini və gələcəkdə yaddaş pozuntularının müalicəsində istifadə edilə biləcəyini araşdıracaqlar.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq













