Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Qazaxıstan Dəmir Yolları Direktorlar Şurasının sədr müavini Erlan Koyşibayev və "KTZ Express" şirkətinin baş direktoru vəzifəsini icra edən Aybek Kaparla görüşüb.
Tərəflər iki ölkənin dəmir yolları arasında əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin daha da dərinləşdirilməsi imkanlarını müzakirə edib.
Rəsmilər Orta Dəhliz üzrə yük dövriyyəsinin artırılması istiqamətində müsbət dinamikanı qeyd edib, həmçinin Gürcüstanda həyata keçirilən və planlaşdırılan infrastruktur layihələrinin, o cümlədən Anakliya Dərin Su Limanı layihəsinin gedişatını müzakirə ediblər.
Görüşdə həmçinin, Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze, Anakliya Dəniz Limanının direktoru Zurab Siçinava və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Nəqliyyat və Logistika İnkişaf Siyasəti Departamentinin rəhbər müavini Merab Kajaia da iştirak edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Rəsmilər Şəhidlər xiyabanında
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
-
"Yuventus" əlavə vaxtda "Milan"a məğlubiyyətdən xilas olub













