Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar
BMT Baş Assambleyası Uşaq, Erkən və Məcburi Nikahların Ləğvi üzrə Beynəlxalq Gün təsis edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu tarix hər il noyabrın 27-də qeyd olunacaq.
Məlumata əsasən, müvafiq qətnamə sentyabrın 4-də konsensus yolu ilə qəbul edilib. Sənədin təşəbbüskarı Syerra-Leone olub, Keniya, Ruanda, Tanzaniya və Uqanda da daxil olmaqla 60-dan çox dövlət isə həmmüəllif kimi çıxış edib.
Qəbul edilmiş sənəd ölkələri maarifləndirici kampaniyalar aparmağa, erkən və məcburi nikah qurbanlarına dəstək göstərməyə, eləcə də günahkarları məsuliyyətə cəlb etməyə çağırır. Həmçinin dövlətlərə bu ənənənin kökündən kəsilməsi üçün milli planlar hazırlamaq və qızların təhsil imkanlarını genişləndirmək tövsiyə olunur.
"Təkcə beynəlxalq gün təsis etməklə uşaq nikahlarına son qoymaq mümkün deyil. Lakin bunu siyasi diqqət, sərt qanunvericilik, səmərəli təsisatlar, təhsil və ən əsası davamlı siyasi iradə vasitəsilə etmək olar", - deyə qətnamə layihəsini təqdim edən Syerra-Leonenin birinci xanımı Fatima Maada Bio bildirib.
BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatlarına əsasən, hər il təxminən 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur. Hazırda dünyada yaşayan qadın və qızların 650 milyona yaxını uşaq yaşlarında ərə verilib. Uşaq, erkən və məcburi nikahların tamamilə ləğv edilməsi BMT-nin 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılan dayanıqlı inkişaf məqsədləri sırasındadır.
Oxşar xəbərlər
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyunu başlayıb
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
-
"Yuventus" əlavə vaxtda "Milan"a məğlubiyyətdən xilas olub













