Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir
ABŞ bu qış Ukrayna ilə Rusiya arasında gərginliyin azaldılması və hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna sentyabr-oktyabr aylarında münaqişənin həlli üzrə diplomatik prosesi bərpa etmək istəyir. Qeyd olunub ki, mümkün platformalardan biri sentyabrın sonlarında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası ola bilər.
Zelenski həmçinin Ukrayna, ABŞ və Rusiya arasında yeni üçtərəfli görüşün keçirilməsi ehtimalını istisna etməyib, lakin konkret razılaşmaların olmadığını diqqətə çatdırıb: "Danışıqlar aparmağa istənilən yolu tapmaq üçün bizim sentyabr və oktyabr aylarımız var. Dialoq olmadan nəticəmiz olmayacaq".
Ukrayna liderinin sözlərinə görə, ABŞ hazırda bu qış gərginliyin azaldılması ilə bağlı razılaşmaların imkanını da araşdırır. Lakin Zelenski bu varianta nikbin yanaşmır və iddia edir ki, Moskva Ukraynaya daha güclü zərbə endirmək və Kiyevi yeni güzəştlərə məcbur etmək üçün qışdan istifadə etmək niyyətindədir.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın nüfuzu münaqişənin nizamlanmasında həlledici rol oynayar, çünki bu, seçkilərdən əvvəl Ağ Ev liderinin diplomatik qələbəsi ola bilər.
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı













