Qazaxıstanda neft emalı zavodunda yanğın olub
Far.Az xəbər saytı

Qazaxıstanda neft emalı zavodunda yanğın olub


Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətinin inzibati mərkəzindəki neft emalı zavodunda (NEZ) baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barəd vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Məlumata görə, hər birinin tutumu 60 ton olan iki çən yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda çənlər açıq alovla yanıb və yaxınlıqda yerləşən daha üç çənə də yanğının keçməsi riski olub.

"Yanğınsöndürənlərin operativ və koordinasiyalı fəaliyyəti nəticəsində alovun yaxınlıqdakı üç çənə keçməsinin qarşısı alınıb", - məlumatda qeyd olunub. Yanğın 200 kvadratmetr ərazidə tam söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər