BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır
Far.Az xəbər saytı

BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır


Bu gün BMT Baş Assambleyasının 81-ci növbəti sessiyası təşkilatın Nyu-Yorkdakı qərargahında öz işinə başlayacaq.

"Far.Az" xəbər verir ki, açılışda BMT-nin baş katibi Antonio Quterreş və yeni sessiyanın prezidenti, Banqladeş nümayəndəsi Xəlilur Rəhmanın çıxışları olacaq. Xəlilur Rəhmanın səlahiyyət andı səhər keçiriləcək.

Sentyabrın 22-də yüksək səviyyəli həftə çərçivəsində keçiriləcək ümumi müzakirələr zamanı dövlət və hökumət başçıları çıxış edəcəklər. Tədbirdə 100-dən çox dövlət və 46 hökumət başçısı, həmçinin nazirlər və səfirlər daxil olmaqla geniş nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Dünya liderlərinin iştirakı ilə Baş Assambleya bir sıra yüksək səviyyəli görüşlər də keçirəcək.

Bunlar İnkişaf hüququ haqqında Bəyannamənin qəbul edilməsinin 40-cı ildönümünə həsr olunmuş iclası, iqlim fəaliyyəti və ədalətli keçidlə bağlı görüş, dəniz səviyyəsinin yüksəlməsinin yaratdığı mövcudluq təhdidlərinə həsr olunmuş iclas, eləcə də pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirlərinə dair görüş olacaq. Bundan əlavə, Nüvə Silahlarının Tamamilə Ləğv Edilməsi üzrə Beynəlxalq Günün qeyd edilməsi və təşviqinə həsr olunmuş yüksək səviyyəli plenar iclas təşkil olunacaq.

Sessiya 2027-ci il sentyabrın 7-dək davam edəcək. Onun açılış ayının əsas tədbiri ənənəvi olaraq dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin iştirak etdiyi yüksək səviyyəli ümumi müzakirələr olacaq. Sessiya beynəlxalq münaqişələrin davam etdiyi, BMT-nin maliyyə çətinlikləri ilə üzləşdiyi və təşkilatın islahatı istiqamətində səylərin göstərildiyi bir dövrə təsadüf edir.

Qarşıdakı ilin əsas hadisələrindən biri yeni baş katibin seçilməsi olacaq. 2017-ci ildən BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq. Ümumi müzakirələr sentyabrın 22–26-da və sentyabrın 28-də keçiriləcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər