Qazaxıstan və Yaponiya investisiya və sənaye əməkdaşlığını genişləndirəcək
Far.Az xəbər saytı

Qazaxıstan və Yaponiya investisiya və sənaye əməkdaşlığını genişləndirəcək


Qazaxıstan və Yaponiya investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və tikinti naziri Yersayın Naqaspayev ilə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini Kendzi Yamada arasında keçirilən görüşdə bildirilib.

Tərəflər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2025-ci ilin dekabrında Tokioya dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların icrasına xüsusi diqqət yetiriblər. Səfər çərçivəsində ümumi dəyəri 3,7 milyard dollardan çox olan 60 kommersiya sazişi imzalanıb. Bu sazişlərə Yaponiyanın qabaqcıl texnologiyalarının istehsalata tətbiqi də daxildir.

Hazırda Qazaxıstan və Yaponiya ümumi dəyəri təxminən 940 milyon dollar olan 17 birgə sənaye layihəsi həyata keçirir. Onlardan 10-u artıq istismara verilib.

Tərəflər əməkdaşlığın yeni istiqamətlərini və 2026-cı ilin dekabrında Astanada keçiriləcək Qazaxıstan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.

Oxşar xəbərlər

Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Yersayın Naqaspayev: Qazaxıstan MDB ölkələri ilə sənaye əməkdaşlığının genişləndirilməsində maraqlıdır
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər