Rauf Hacıyev: Xəzərin üzləşdiyi çağırışlar digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər
Far.Az xəbər saytı

Rauf Hacıyev: Xəzərin üzləşdiyi çağırışlar digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər


Xəzərin üzləşdiyi çağırışlar yalnız müəyyən bir region üçün deyil, iqlim dəyişmələrinə həssas olan digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə, əhalinin rifahına ciddi təsir göstərir və ciddi çağırışlar tələb edir:

"Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə etdiyimiz reallıqdır. Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər suitisi və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir".

Nazir müavini əlavə edib ki, bu dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır:

"Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətə ciddi təsirlər göstərə bilər. Bu isə öz növbəsində gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir".

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər