Məktəblərin açılmasına bir həftə qalıb, yol isə bərbad vəziyyətdədir
Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri yaşadıqları ərazidəki yolun bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
BAKU.WS Baku TV-yə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, küçənin asfalt örtüyü illərdir dağılıb və onun bərpası istiqamətində heç bir tədbir görülməyib.
Nəticədə həm avtomobillərin hərəkətində ciddi çətinliklər yaranır, həm də təhsil müəssisələrinə gedən məktəblilər əziyyət çəkirlər.
Sakinlərdən biri problemlə bağlı narazılığını belə ifadə edib:
"Bu yolla piyada gəzmək belə mümkünsüzdür. Avtomobillərimiz sıradan çıxır. Əraziyə baxan, problemlə maraqlanan yoxdur".
Digər bir sakin isə vurğulayıb:
"Nə gediş var, nə də gəliş. Dərslərin başlamasına bir həftə qalıb, amma vəziyyət bərbaddır. Bu yolda hərəkət edən maşınların ehtiyat hissələri tez-tez sıradan çıxır".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvan təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib:
"Həmin ərazinin asfalt örtüyünün yenidən qurulması və bərpası ilə bağlı aidiyyəti quruma müraciət olunub. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Məktəblilər DSX-nin hərbi akademiyasını ziyarət edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Öləcəyi yaşı əvvəlcədən bilən "Qorxaq" - Tanınmış sovet aktyorunun həyatından MARAQLI FAKTLAR
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi öz işinə başlayır
-
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Azərbaycanda emala təhvil verilən məhsullar üzrə subsidiyanın əhatəsi genişləndirilir













