İtaliya millisinin sabiq hücumçusu Andrea Belotti "Modena" ilə müqavilə bağlayacaq
Far.Az xəbər saytı

İtaliya millisinin sabiq hücumçusu Andrea Belotti "Modena" ilə müqavilə bağlayacaq


İtaliya millisinin və "Torino"nun keçmiş hücumçusu Andrea Belotti B Seriyasında çıxış edən "Modena" klubu ilə müqavilə şərtlərini razılaşdırıb.

"Far.Az" "Tuttosport"a istinadən xəbər verir ki, hazırda azad agent olan 32 yaşlı forvard yeni komandası ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalayacaq.

Təcrübəli oyunçu 2025/2026 mövsümündə "Kalyari"də çıxış edib. Dizindən aldığı zədə səbəbindən matçların böyük hissəsini buraxan hücumçu keçirdiyi 8 oyunda 2 qol vurub.

O, karyerası ərzində ölkəsində "Komo", "Fiorentina", "Roma", "Torino", "Palermo" və "Albinoleffe", Portuqaliyada isə "Benfika"nın formasını geyinib.

Qeyd edək ki, A.Belotti İtaliya yığmasında meydana çıxdığı 44 matçda 12 dəfə fərqlənib. "Transfermarkt" portalı futbolçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər