Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır"
Azərbaycanda kənd təsərrüfatının iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı təsirlərin azaldılması üçün edilə biləcək işlər, aparılacaq adaptasiya tədbirləri və digər icra olunan proqramlar barədə məsələlər diqqət mərkəzindədir: "Kənd təsərrüfatına, fermer təsərrüfatlarına, ümumiyyətlə, bu sahəyə xüsusi önəm verilir. Biz bu gün COP31-ə hazırlaşırıq və Türkiyədən də böyük nümayəndə heyəti tədbirlərdə iştirak edib. Türkiyə üçün də COP31-də baxılacaq əsas məsələlərdən biri kənd təsərrüfatıdır. Bu gün iqlim rislərindən gələn təsirlər və risklər artıq kənd təsərrüfatının inkişafı ilə birbaşa bağlıdır. Kənd təsərrüfatının inkişafı ilə iqlim risklərinə ayrı-ayrılıqda baxmaq mümkün deyil. Bunlar bir-birinə o qədər bağlı və təsir edən sahələrdir ki, artıq onların yalnız birgə qiymətləndirilməsi və inkişaf etdirilməsi mümkün olan yoldur".
O qeyd edib ki, bunun üçün də Kənd Təsərrüfatı Nazirliyi bu mövzunu çox ciddi şəkildə araşdırır, müvafiq proqramlar qəbul olunur: "Bu proqramlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yüksək səviyyədə aparılır. Biz bununla bağlı tərəfdaşlarımızın daha da artmasında maraqlıyıq və bu məsələlərin müzakirəsini daha geniş auditoriyada davam etdirmək istərdik. İqlim dəyişikliyi təkcə kənd təsərrüfatına təsir etmir, kənd təsərrüfatı özü də iqlimə təsir edir. İqlimdə gedən proseslər hətta kənd təsərrüfatında gedən proseslərdən asılıdır. Ona görə də bütün bunlar çox qarışıq və bir-birinə çox bağlı sahələrdir".
Oxşar xəbərlər
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Azərbaycanda emala təhvil verilən məhsullar üzrə subsidiyanın əhatəsi genişləndirilir
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













