"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir
Far.Az xəbər saytı

"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir


Sentyabrın 12-də Park Bulvar Alış-Veriş Mərkəzində uşaqlar üçün əyləncə və maarifləndirici proqramlardan ibarət "Yenidən məktəbə" festivalı keçiriləcək.

Yeni tədris ilinin başlanması münasibətilə "Azersun Holding"in müxtəlif markalarını bir araya gətirən "Yenidən məktəbə" festivalı sentyabrın 12-də Park Bulvar Alış-veriş Mərkəzində keçiriləcək. Saat 16:00-dan 20:00-dək davam edəcək festivalın əsas məqsədi uşaqların qayğısız yay tətili ilə xoş əhval-ruhiyyədə vidalaşmasına və yeni tədris ilinə yüksək motivasiya ilə başlamasına dəstək olmaqdır.

Festivalda "Azərçay", "Bizim Tarla", "Azərsüd", "Bazarstore", "Shokki Mokki", "Sun", "Qaf" və "Joyzz" markaları iştirak edəcək. Brendlər uşaqlar üçün xüsusi hazırlanmış əyləncə proqramları, oyunlar, ustad dərsləri və interaktiv fəaliyyətlər təqdim edəcəklər.

Festival proqramı uşaqların həm əylənməsi, həm də yeni bacarıqlar qazanması üçün müxtəlif fəaliyyətləri əhatə edir. Gün ərzində hədiyyəli yarışlar, sevimli qəhrəmanlarla görüş, sehrbaz şousu, şar şousu, köpük şousu, oyunlar və müxtəlif ustad dərsləri keçiriləcək.

"Yenidən məktəbə" festivalının əsas xüsusiyyətlərindən biri uşaqlar üçün əyləncəni faydalı fəaliyyətlərlə birləşdirməsidir. Ustad dərsləri və interaktiv proqramlar vasitəsilə balacalar yaradıcılıqlarını inkişaf etdirmək, yeni bacarıqlar əldə etmək və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Festivalda valideynlər də diqqətdən kənarda qalmayacaq. "Valideyn Akademiyası" çərçivəsində psixoloqun maarifləndirici çıxışı keçiriləcək. Görüş zamanı uşaqların məktəbə adaptasiyası, dərsə motivasiyasının artırılması, yeni tədris ilinə emosional hazırlığı və məktəb rejiminə uyğunlaşması ilə bağlı valideynlər üçün faydalı tövsiyələr veriləcək.

Beləliklə, "Yenidən məktəbə" festivalı yeni tədris ilinə hazırlığı uşaqlar üçün sevinc, əyləncə, yaradıcılıq və yeni kəşflərlə dolu bir başlanğıca çevirməyi hədəfləyir.

"Yenidən məktəbə" festivalı sentyabrın 12-də, saat 16:00-dan 20:00-dək Park Bulvar Alış-veriş Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcək. Festivala giriş sərbəstdir.

"Azersun Holding" markaları bütün ailələri yeni tədris ilini birlikdə, xoş əhval-ruhiyyə və unudulmaz anlarla qarşılamağa dəvət edir.

Oxşar xəbərlər

Bakıda uşaqların əylənməsi üçün nəzərdə tutulan park onların həyatı üçün təhlükəli hal alıb
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
"Nine Senses Fest 2026" festivalına bu gündən etibarən start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər