Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 % artıb
Bu ilin iyun–avqust aylarında Azərbaycanın hava məkanında uçuşlar 11 %, tranzit trafik isə 14,5 % artıb.
Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102, 130 uçuşa aeronaviqasiya xidməti göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.
Hava hərəkətinin həcmi yay ayları ərzində ardıcıl şəkildə yüksəlib. AZANS tərəfindən iyun ayında 32, 430, iyulda 34, 322, avqustda isə 35, 378 uçuşa aeronaviqasiya xidməti göstərilib. Beləliklə, avqust hava hərəkəti baxımından yay mövsümünün ən intensiv ayı olub.
Tranzit uçuşların sayında daha yüksək artım qeydə alınıb. İyun–avqust aylarında Azərbaycanın hava məkanından 78, 749 tranzit uçuş həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artıb.
Yay mövsümünün ən yüksək sutkalıq hava hərəkəti 23 avqustda qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1 210 uçuşa aeronaviqasiya xidməti göstərilib.
Tranzit uçuşlar üzrə mövsümün pik göstəricisi isə 22 avqustda qeydə alınıb. Bir gün ərzində Azərbaycanın hava məkanından 920 tranzit uçuş həyata keçirilib. Bu göstərici 2025-ci ilin yay mövsümündə qeydə alınmış maksimum səviyyədən 13,4 % yüksəkdir.
Qeyd edək ki, tranzit uçuşlarda qeydə alınan ikirəqəmli artım Azərbaycanın hava məkanının beynəlxalq hava hərəkətindəki əhəmiyyətini və artan trafik şəraitində aeronaviqasiya xidmətlərinin rolunu ön plana çıxarır.
Oxşar xəbərlər
"Airspace World 2026": AZANS bir sıra beynəlxalq şirkətlərlə yeni təşəbbüslər elan edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İrandan Azərbaycana indiyədək 3 322 nəfər təxliyə olunub
AZANS qlobal aviasiya platformasında strateji razılaşmalar əldə edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













