Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət edib
Bu ilin yanvar–avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5,7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib.
"Far.Az" Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1,5% artıb.
Sərnişin axınının əsas hissəsi Bakı hava limanının payına düşüb. Belə ki, 8 ayda Bakı aeroportu 4,9 milyondan çox sərnişinə xidmət göstərib və 39 525 uçuş həyata keçirib.
Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar–avqust aylarında transfer sərnişinlərinin sayı 373 733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 % artıb.
İlin ilk səkkiz ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 15 avqustda qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31 360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib.
Regional hava limanlarında da artım dinamikası davam edib. Naxçıvan Beynəlxalq Hava Limanı yanvar–avqustda 574 min sərnişinə xidmət göstərib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 % artıb. Hava limanında eyni dövrdə 5 692 uçuş həyata keçirilib və uçuşların sayı illik müqayisədə 11,7 % yüksəlib.
Gəncə Beynəlxalq Hava Limanında isə 8 ayda 147 min sərnişinə xidmət göstərilib və 1 107 uçuş həyata keçirilib. 2025-ci ilin yanvar–avqust ayları ilə müqayisədə sərnişinlərin sayı 4,9 %, uçuşların sayı isə 2,1 % artıb.
Regionda davam edən geosiyasi qeyri-müəyyənlik və hava nəqliyyatına təsir edən dəyişikliklər fonunda ümumi sərnişin axınının 2025-ci ilin eyni dövründəki səviyyəni qoruması, transfer və regional daşımalar üzrə isə artımın davam etməsi sərnişin tələbatının dayanıqlığını göstərir.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
FHN Qəbələ aeroportunda təlim keçirib
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər













