AFFA gənclər futbolunda oyun formatlarının yenilənməsi üçün klublarla müzakirələri davam etdirir
Far.Az xəbər saytı

AFFA gənclər futbolunda oyun formatlarının yenilənməsi üçün klublarla müzakirələri davam etdirir


AFFA gənclər futbolunda oyun formatlarının təkmilləşdirilməsi ilə bağlı klublarla məsləhətləşmələri davam etdirir.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Klub rəhbərliklərinin təşəbbüsü ilə keçirilən video-görüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları iştirak ediblər.

Görüş zamanı gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi müzakirə olunub. Tərəflər yaş qruplarının inkişaf mərhələlərinə uyğun olaraq oyun formatlarının tədricən böyüdülməsinin əhəmiyyətini qeyd ediblər.

Həmçinin klubların bu istiqamətdə təklif və mülahizələri dinlənilib, akademiyaların mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, format dəyişikliyi ilə bağlı yekun qərar akademiyalarla birgə, onların rəyi nəzərə alınmaqla qəbul ediləcək. Bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək və yekun qərar yeni mövsüm başlamamışdan əvvəl akademiyalara açıqlanacaq.

AFFA gənc futbolçuların inkişafı üçün optimal həllərin müəyyənləşdirilməsi məqsədilə akademiyalarla əməkdaşlığı davam etdirəcək.

Oxşar xəbərlər

Niderlandlı mütəxəssis Edmond Klaus AFFA-nın texniki direktoru təyin edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Sərxan Hüseynov: "Region və Bakı klublarının məşqçilərinin maaşında kəskin fərq var" - MÜSAHİBƏ
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər