ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib
ABŞ İranın aviasiya sektoru ilə əlaqədar 36 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındakı bəyanatda bildirilib.
Sanksiyalar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən "Economic Outcast" ("İqtisadi blokada") əməliyyatı çərçivəsində tətbiq edilib. İddiaya görə, həmin şəxslər silah, şəxsi heyət və qeyri-qanuni yüklərin daşınmasında Tehranı dəstəkləyirlər.
Xüsusilə, OFAC sanksiya siyahısına 27 İran aviaşirkətini, o cümlədən "Iran Air Tour", "Iran Aseman Airlines", "Kish Airlines", "Qeshm Air", "Saha Airlines", "Sepehran Airlines", "Varesh Airlines" və "Zagros Airlines" şirkətlərini daxil edib.
"Bu gün biz "Mahan Air"i dəstəkləməyə davam edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməklə vədimizi yerinə yetirdik. Qoy bu, qalan İran aviaşirkətləri ilə biznes aparan hər kəs üçün xəbərdarlıq olsun - siz qlobal maliyyə sistemindən təcrid olunmaq riski ilə üzləşirsiniz", - ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
OFAC həmçinin ABŞ tərəfinin iddiasına görə, "Mahan Air"in silahların yayılması, terror təşkilatları ilə əlaqəli əməliyyatlar və ABŞ istehsalı olan təyyarələrin qeyri-qanuni satın alınması ilə bağlı fəaliyyətinə kömək edən üçüncü ölkələrin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib.
Bundan əlavə, ABŞ İran aviasiyası ilə əlaqəli üç icazənin qüvvəsini dayandırıb. Onlar xüsusilə İran ərazisi üzərindən uçuş hüququna, eləcə də xarici aviaşirkətlərin Amerika istehsalı olan və ya ABŞ-ın nəzarəti altında olan kommersiya təyyarələri ilə İrana uçuşlar həyata keçirmək imkanlarına aid idi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun silah üstəndə saxlanılıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı













