Bakı Limanının illik konteyner aşırılma gücünü 300 min TEU-ya çatdırmaq hədəflənir
Far.Az xəbər saytı

Bakı Limanının illik konteyner aşırılma gücünü 300 min TEU-ya çatdırmaq hədəflənir


2027-ci ilin sonuna qədər Bakı Beynəlxalq Dəniz Limanının illik konteyner aşırılma gücünü 300 min TEU-ya çatdırmaq hədəflənir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi onun həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzrə əhəmiyyətini daha da artırır: "Dəmiryol bağlantıları isə dəhlizlərin inkişafına xüsusi töhfə verməklə Avrasiyanın nəqliyyat zəncirində özünəməxsus yer tutur. Dəmir yollarına, limanlara dövlətdə, beynəlxalq təşkilatlar tərəfindən qoyulan investisiyalar məhz bu məqsədə xidmət edir. Bizim üstünlüyümüz bazarları birləşdirmək və tərəfdaşlarımıza həmin bazarlarda etibarlı çıxış imkanı yaratmaqdan ibarətdir".

Sədr qeyd edib ki, hazırda əsas məqsəd Bakı limanının buraxılış gücünü daha da artırmaqdır: "Limanın ümumi buraxılış gücü 15 milyon tondur və genişləndirmə layihəsi çərçivəsində əlavə 10 milyon ton yükdaşıma imkanı yaradılması qarşımızdakı əsas hədəflərimizdəndir. Hazırda əsas məşğul olduğumuz layihə limanın konteyner aşırılma gücünün daha da artırılmasından ibarətdir. Bilirsiniz ki, Bakı limanının dizayn olunmuş illik konteyner aşırılma gücü 100 min TEU həddində hesablanıb. Ötən il birləşmədən sonra həyata keçirilən əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdıra bildik. Bu il isə davam edən layihə çərçivəsində konteyner aşırılma gücünün 200 min TEU-ya çatdırılması real artım kimi görünür və hədəfimiz 2027-ci ilin sonuna qədər bu rəqəmin təxminən 300 min TEU ətrafına qədər çatdırmaqdan ibarətdir. Ümumilikdə aşırılma gücünün bu qədər artırılması və böyüdülməsi Orta Dəhlizin buraxılış gücünün əlavə genişlənməsinə imkan verəcək".

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər