Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər - YENİLƏNİB
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar Zəfər parkı barədə ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Zəfər parkında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə əks olunub. Qonaqların diqqətinə çatdırılıb ki, parkın inşası zamanı hər bir detal xüsusilə işlənib və onların rəmzi mənası var. Belə ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Pilləkənlərin üzərində 44 gün davam edən müharibənin hər gün üçün məlumatları və azad edilən yaşayış məntəqələrinin adları, həmçinin xüsusi lövhələrdə 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələri barədə məlumatlar qeyd olunub.
Daha sonra qonaqlar Xankəndidəki Zəfər meydanını da gəziblər, onlara bu məkan barədə ətraflı məlumat verilib.
Ardınca qonaqlar seyrəngahdan şəhəri seyr edib, xatirə fotoları çəkdiriblər.
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfəri başlayıb.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutub.
Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar Xankəndiyə səfər zamanı Zəfər parkı, Zəfər meydanı, Xocalı Soyqırımı Memorial kompleksini ziyarət edəcəklər.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Şuşada Vaqifin məqbərəsini ziyarət edib - YENİLƏNİB-5
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri vəhdət namazı qılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB













