CICA nəqliyyat və ticarətin inkişafı üçün Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Şura yaradır
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Xüsusi Şurası dayanıqlı nəqliyyat infrastrukturu, multimodal dəhlizlər, rəqəmsal logistika sahələrində əməkdaşlığı təşviq etmək, eləcə də ticarət və tranzit axınlarının maneəsiz olmasını təmin etmək məqsədi daşıyır.
"Far.Az" xəbər verir ki, bu barədə CICA-nın baş katibi Kayrat Sarıbay Bakıda "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, dənizə çıxışı olmayan iştirakçı ölkələr üçün dəniz infrastrukturu ilə dayanıqlı əlaqənin təmin edilməsi onların regional və qlobal ticarətə tam inteqrasiyası üçün zəruri şərtdir:
"CICA üçün qarşılıqlı əlaqə etimadın möhkəmləndirilməsi üzrə konkret praktiki tədbirdir. CICA-nın məsləhətverici orqanı kimi Dayanıqlı Qarşılıqlı Əlaqələr üzrə Xüsusi Şuranın yaradılması ideyası ən yüksək siyasi səviyyədə irəli sürülüb. Bu təşəbbüsün məzmunu hazırda da aktuallığını qoruyur - dayanıqlı nəqliyyat infrastrukturu, multimodal dəhlizlər, rəqəmsallaşdırılmış logistika, ekoloji baxımdan dayanıqlı mobillik və ticarət və tranzit axınlarının optimallaşdırılması sahəsində dialoqu və praktiki qarşılıqlı fəaliyyəti stimullaşdırmaq. Beləliklə, nəqliyyat kommunikasiyaları, ticarətin təşviqi, peşəkar əlaqələr barədə dialoq qarşılıqlı anlaşmanı və ümumi maraqları möhkəmləndirmək iqtidarındadır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













