Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" - EKSKLÜZİV
Far.Az xəbər saytı

Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" - EKSKLÜZİV


İsrail Orta Dəhlizin inkişafında Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Ronen Kraus məlumat verib.

"Orta Dəhliz çox maraqlıdır, o cümlədən biznes, əsasən də bilik və təcrübə nöqteyi-nəzərindən", - diplomat bildirib.

O qeyd edib ki, İsrail Hindistanı İsrail vasitəsilə Avropa ilə birləşdirməli olan IMEC nəqliyyat dəhlizinin yaradılması üzərində də işləyir.

"Hesab edirəm ki, Azərbaycanın təcrübəsini və Orta Dəhlizlə bağlı bölüşə biləcəyi qabaqcıl təcrübələri öyrənmək çox qiymətlidir", - R.Kraus vurğulayıb.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistik məlumatına əsasən, bu marşrutla yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib və 2027-ci ilə qədər bu göstəricinin daha 10 % artması gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar yaradacaq.

2026-cı ilin yanvar-avqust aylarında Orta Dəhlizlə 53 574 TEU yük (il ərzində 10,86 % artıb) daşınıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar üzrə 2030-cu ilin hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər