İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı
Sentyabrın 9-da İranın sərbəst bazarında dolların məzənnəsi 233 900 tümənə çataraq yeni tarixi rekord qırıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, Britaniya funt-sterlinqi 316 000 tümən, avro 272 000 tümən, "Emami" qızıl sikkəsi isə 242 milyon tümən məbləğində alqı-satqı edilib.
Qeyd edilir ki, iki həftə əvvəl dollar 206 400 tümənlə ticarət əməliyyatlarını başa vurub. Beləliklə də, bugünkü məzənnə o vaxtkı qiymətdən təxminən 13% yüksəkdir.
Milli valyuta məzənnəsinin kəskin yüksəlişi regionda hərbi qarşıdurmanın güclənməsi fonunda baş verir. Avqustun 8-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) beş İran neft tankerinin məhv edildiyini elan edib. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında 20 gəmiyə hücum edildiyini bəyan edib.
Eyni zamanda "Brent" markalı neftin qiyməti bu gün (9 avqust) bir barel üçün 100 dolları keçib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
ABŞ Nəqliyyat Nazirliyi "Ford"dan Çinlə əməkdaşlığı dayandırmağı tələb edib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb













