Səbinə Hacıyeva: İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
İşğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb, 25 məscid, 14 türbə və 2 sərdabə isə müxtəlif dərəcədə zərər görüb.
"Report"un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə" adlı tədbirdəki çıxışında deyib.
Onun sözlərinə görə, ümumiyyətlə isə işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb.
"Bu göstəricilər yalnız Azərbaycanın rəsmi abidələr siyahısına daxil edilmiş abidələri əhatə edir. Lakin Qarabağ və Şərqi Zəngəzur ərazisindəki abidələrin sayı bundan qat-qat çoxdur. Çünki abidələrin son siyahısı 2001-ci ildə, məhz işğal dövründə qəbul edilib. Şübhəsiz, indi monitorinqləri özümüz apara bildiyimiz üçün həmin ərazilərdə daha çox maraqlı abidə aşkar edirik".
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













