Azərbaycan avqustda "OPEC+" kvotasından gündəlik 103 min barel geri qalıb
Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 448 min barel təşkil edib.
"Far.Az" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 7 min barel az olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqustda faktiki hasilat 103 min barel geriləyib.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. İkinci rübdə isə bu rəqəm 456 min barel olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
Oxşar xəbərlər
Azərbaycan mayda "OPEC+" kvotasından gündəlik 93 min barel geri qalıb
Azərbaycan dekabrda "OPEC+" kvotasından gündəlik 98 min barel geri qalıb
Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













