Azərbaycan SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib
Far.Az xəbər saytı

Azərbaycan SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib


Azərbaycan bu ilin oktyabrında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib.

"Report"un məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə" adlı tədbirdəki çıxışında bildirib.

O, sözügedən təşəbbüsün azad olunmuş ərazilərdə mədəni irsin bərpası və şəhərlərin yenidən qurulması üçün Azərbaycanın hazırladığı yanaşma olduğunu xatırladıb:

"Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini və peşəkar şəbəkələri bu təşəbbüsün əməkdaşlıq, bilik mübadiləsi və praktiki fəaliyyət üçün ortaq platformaya çevrilməsində iştiraka dəvət edirik".

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər