Türkiyəli nazir: Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir
Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir.
"Far.Az"un yerli bürosunun məlumatına görə, bunu Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Trabzonda beynəlxalq media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.
Nazir Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2026) açılış proqramında səsləndirilən "COP29 və COP31 sədrlikləri arasında əməkdaşlıq regional həmrəyliyin bir nümunəsidir" fikrinə münasibət bildirib.
M. Kurum qeyd edib ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və bu sahədə fəaliyyət göstərən müvafiq qurumlar Türkiyəyə yaxından dəstək verirlər.
"Şübhəsiz ki, birgə əməkdaşlığımız regionumuz üçün də həmrəylik nümunəsidir. Prezidentlərimizin yüksək səviyyədə əməkdaşlığı sayəsində Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətimizi daha da gücləndiririk", - deyə nazir vurğulayıb.
Türkiyəli nazir Azərbaycanın COP29, Braziliyanın isə COP30 çərçivəsində iqlim maliyyələşməsi istiqamətində mühüm addımlar atdığını bildirib.
"Azərbaycan COP29-da üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirdi, Braziliya COP30-da bu prosesi davam etdirdi, indi isə növbə Türkiyədədir. COP31-i Antalyada keçirərkən biz də bu bayrağı daha irəli aparmaq, əvvəlki iqlim fəaliyyətlərindən əldə olunan nəticələri qorumaq və onların üzərinə yeni nəticələr əlavə etmək istəyirik", - M.Kurum əlavə edib.
Qeyd edək ki, COP31-ə hazırlıq çərçivəsində Trabzonda iki günlük "Okeanlar və dənizlər: İqlim dəyişikliyi və dayanıqlıq" mövsunda "Mavi dialoq" başlıqlı konfrans keçirilir. Konfrasda dünyanın 17 ölkəsindən 27 jurnalist iştirak edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













