Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb...
Far.Az xəbər saytı

Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb...


Bakıda səs-küy çirklənməsi şəhər həyatının keyfiyyətinə təsir edən, lakin gündəlik həyatda çox vaxt diqqətdən kənarda qalan problemlərdən biridir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, son günlər beynəlxalq tədbir üçün Bakıya gələn iştirakçılardan şəhərin mərkəzində səs-küy səviyyəsinin yüksək olması ilə bağlı narazılıqlar eşidilib. Xüsusilə avtomobil siqnalları və nəqliyyat vasitələrinin yaratdığı səslərin narahatlıq doğurduğu qeyd edilib.

Ekspertin sözlərinə görə, ilk baxışda kiçik problem təsiri bağışlayan səs-küy çirklənməsinə şəhər mühiti baxımından daha ciddi yanaşmaq lazımdır. Çünki məsələ artıq yalnız rahatlıq və komfortla deyil, ictimai sağlamlıq və şəhər həyatının keyfiyyəti ilə də bağlıdır.

Rauf Ağamirzəyev qeyd edib ki, aylar əvvəl Dünya Şəhərsalma Forumunun keçirildiyi dövrdə "Azərkosmos"un təqdimatında Bakının səs-küy xəritəsinin nümayiş etdirilməsi problemin artıq xəritələşdirilməsi və ərazilər üzrə təhlilinin mümkün olduğunu göstərib.

Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb...

Ekspert səs-küyün əsas mənbələri sırasında avtomobil və avtobusların hərəkətini, əsassız avtomobil siqnallarından istifadəni, tikinti və təmir işlərini, dəmir yolu və aviasiya nəqliyyatını, eləcə də sənaye və digər şəhər fəaliyyətlərini göstərib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları da uzunmüddətli səs-küy təsirinin yalnız eşitmə qabiliyyətinə təsirlə məhdudlaşmadığını göstərir. Belə təsirlər yuxu pozuntuları, stress və ürək-damar sistemi ilə bağlı risklərlə əlaqələndirilir.

Rauf Ağamirzəyev hesab edir ki, Bakıda səs-küy probleminin həllinə məlumat və ölçmələr əsasında yanaşılmalıdır. Bunun üçün səs-küy xəritələrinin mütəmadi yenilənməsi, səs səviyyəsinin yüksək olduğu ərazilərin və əsas mənbələrin müəyyənləşdirilməsi vacibdir.

Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb...

Ekspert nəqliyyat vasitələrinin siqnallarından əsassız istifadəyə nəzarətin gücləndirilməsini, məktəb, xəstəxana və yaşayış məhəllələri kimi həssas ərazilərdə xüsusi tədbirlərin görülməsini də zəruri sayır.

Bununla yanaşı, yol örtüyünün vəziyyəti, nəqliyyat axınının intensivliyi və sürət rejiminin səs-küyə təsirinin ayrıca qiymətləndirilməsinin vacibliyi vurğulanıb.

"Şəhərin rahatlığı yalnız tıxacın olmaması deyil. Sakit və sağlam şəhər mühiti də nəqliyyat siyasətinin bir hissəsidir", - deyə ekspert bildirib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər