Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
Far.Az xəbər saytı

Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq


ABŞ bu və ya digər şəkildə Meksikadakı narkokartellərin təhdidinə cavab vermək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Ekvadorun paytaxtı Kitoda səfərdə olan ABŞ Dövlət katibi Marko Rubio bildirib.

"Ümidimiz və niyyətimiz bununla Meksika ilə tərəfdaşlıq şəraitində məşğul olmaqdan ibarətdir. Bu, ideal variantdır. Lakin son nəticədə bu təhdidə bu və ya digər şəkildə cavab vermək lazım gələcək", - Rubio ABŞ-nin cənub sərhədlərində iri narkokartellərin mövcudluğunu şərh edərkən deyib.

O vurğulayıb ki, Vaşinqton bu problemi Meksika hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində həll etməyə ümid edir.

"Meksika məsələsi ölkənin böyüklüyünə və orada fəaliyyət göstərən kartellərin gücünə görə hətta daha ciddi bir çağırışdır", - Amerika xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər