Bakı dayanacaqları ilə bağlı ŞOK RƏQƏM: Yarısı standartlara cavab vermir?
Bakıda ictimai nəqliyyat sisteminin əsas elementlərindən biri avtobus dayanacaqlarıdır. Son illər paytaxtda avtobus parkının yenilənməsi ilə yanaşı, sərnişinlərin gözləmə şəraitinin yaxşılaşdırılması və dayanacaq infrastrukturunun müasirləşdirilməsi istiqamətində də işlər aparılır.
Far.Az-in məlumatına görə, hazırda şəhərin müxtəlif ərazilərində fərqli tip və vəziyyətdə dayanacaqlara rast gəlinir. Bəzi məntəqələr müasir tələblərə uyğun pavilyon, oturacaq, məlumat lövhəsi və digər imkanlarla təchiz edilsə də, bir sıra dayanacaqlarda infrastrukturun yetərli olmadığı müşahidə olunur.
Maraqlıdır ki, paytaxtda ümumilikdə neçə avtobus dayanacağı mövcuddur? Onlardan neçəsi müasir standartlara cavab verir? Son bir ildə neçə yeni avtobus dayanacağı quraşdırılıb və neçə dayanacaq yenilənib?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində avtobus dayanacaqlarının müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir:
"Dayanacaq məntəqələrinin təşkili və pavilyonların quraşdırılması zamanı sərnişin tələbatı, yol hərəkətinin təhlükəsizliyi, mövcud səki şəraiti və qüvvədə olan standartların tələbləri əsas götürülür.
Hazırda Bakı şəhərində 3397 dayanacaq məntəqəsi mövcuddur və müvafiq nişanla təchiz edilib. Dövlət Standartına (AZS 954-2024) əsasən, səki şəraiti və əhalinin gediş-gəlişi nəzərə alınaraq bu məntəqələrdə indiyədək 1409 müasir tipli pavilyon quraşdırılıb".
Orxan Hüseyn
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bulvar boyunca avtobus dayanacaqları ilə bağlı YENİ TƏKLİF
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
-
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib
-
Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir"













