Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır
Azərbaycan-Türkiyə Enerji Forumu enerji tərəfdaşlığını davamlı inkişaf etdirən və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirən mühüm platformadır.
BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında keçirilən ikitərəfli görüşdə bildirilib.
Görüşdə ortaq tarixə, milli köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının son illərdə müttəfiqlik səviyyəsinə yüksəlməsinin enerji əməkdaşlığına da yeni məzmun qazandırdığı qeyd olunub. Birgə enerji layihələrinin iki ölkənin və regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb. İkitərəfli və regional enerji gündəliyində duran məsələlərin cari vəziyyəti nəzərdən keçirilib.
Qlobal enerji arxitekturasında baş verən dəyişikliklər və elektrikləşmənin sürətlənməsi fonunda artan enerji tələbatının elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətini artırdığı bildirilib. Bu kontekstdə Naxçıvan və Gürcüstan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantılarının və yaşıl enerji dəhlizlərinin inkişafı, həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Türkiyənin bu ilin noyabrında COP31-ə ev sahibliyi çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. COP31-in "Enerji və Nəqliyyat Günü" çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü enerji təşəbbüslərinin davam etdirilməsi imkanları nəzərdən keçirilib. Elektrik enerjisi bağlantıları və yaşıl enerji dəhlizləri üzrə birgə layihələrin COP31-in təmiz enerji keçidi və elektrikləşmə prioritetləri ilə uzlaşdığı vurğulanıb. Azərbaycanın COP29 Sədrliyi çərçivəsində qazandığı təcrübəni bölüşərək COP31-ə ev sahibliyi edəcək qardaş Türkiyəyə dəstək verməyə hazır olduğu bildirilib.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













