Alparslan Bayraktar: "Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regional və qlobal bazarlara çıxışı gücləndirir"
Türkiyə-Azərbaycan enerji əməkdaşlığı regional və qlobal bazarlara çıxışı gücləndirir.
"Far.Az" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin özünəməxsus bir xüsusiyyəti var: "Bizim əlaqələrimiz sıradan bir qonşuluq əlaqəsi deyil və ya hər hansı bir ticarət tərəfdaşlığı ilə məhdudlaşmır. Bu əlaqələr sarsılmaz qardaşlığa, qarşılıqlı etimada və tarix boyu əldə etdiyimiz uğurlara söykənir. Dolayısı ilə bu forumu sadəcə iki ölkənin enerji sektorlarının bir araya gəlməsi kimi görmürük. Bura "Bir millət, iki dövlət" şüarı ilə birgə gələcəyimizi təsəvvür etdiyimiz, bu baxışı konkret layihələrə çevirdiyimiz, əslində, strateji bir platformadır".
A.Bayraktar qeyd edib ki, enerji ölkələrimiz arasındakı güclü əlaqələrin ən konkret və mühüm sahələrindən birini təşkil edir: "Bu gün geriyə dönüb baxdıqda iki ölkənin birlikdə reallaşdırdığı layihələrin yalnız sayının deyil, eyni zamanda keyfiyyətinin də nə qədər mühüm bir nöqtəyə çatdığını görürük. Təbii qaz sahəsindəki əməkdaşlığımız, karbohidrogen sahələrindəki tərəfdaşlığımız, Azərbaycanın enerji resurslarının ölkəmiz üzərindən regional və qlobal bazarlara çıxarılmasını təmin edən kəmərlərimiz əməkdaşlığımızın ən mühüm nümunələri arasında yer alır. Bu layihələr enerji resurslarının bir ölkədən digərinə daşınmasından daha çox, ölkələrimizin bir-birinə duyduğu etimadın, uzunmüddətli baxış bucağının və birlikdə hərəkət etmək iradəsinin konkret nümunələridir. Üstəlik, enerji sahəsindəki əməkdaşlığımız sadəcə neft və təbii qazla məhdudlaşmır. Dağ-mədən sənayesindən bərpa olunan enerjiyə, karbohidrogenlərdən enerji səmərəliliyinə, elektrik bazarlarından ötürülmə və paylanmaya qədər çox geniş bir alanda qurumlarımız arasında əməkdaşlığı gücləndirməyə davam edirik".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













