Paşinyan TRIPP marşrutu ilə qaz kəmərinin çəkilməsi imkanını istisna etməyib
Ermənistan Rusiyanın qaz qiymətini artırması halında alternativ qaz tədarükü mənbələrinə keçid imkanını nəzərdən keçirəcək.
"Report" erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, İrəvan qaz təchizatının diversifikasiyasının müxtəlif ssenarilərini, o cümlədən TRIPP (Tramp Marşrutu) ilə qaz kəmərinin çəkilməsi imkanını araşdırır.
"İkinci, üçüncü və ya dördüncü mənbədən qaz tədarükü imkanı yaranarsa, biz bu variantdan istifadə edəcəyik. TRIPP vasitəsilə qaz kəmərinin çəkilməsi imkanı yaranarsa, biz ondan da istifadə edəcəyik. Biz bütün ssenarilər zamanı necə hərəkət edəcəyimizi düşünürük", - N.Paşinyan deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













