Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın azaldılması, dövlət maliyyə tarazlığının və maliyyə intizamının gücləndirilməsi əsas prioritetlər kimi göstərilib.
Qeyd olunub ki, dövlət investisiyalarında qənaət tədbirlərinə üstünlük veriləcək, davam edən və ən qısa müddətdə tamamlanması mümkün olan layihələr önə çəkiləcək.
Sirkulyara əsasən, zəruri hallar istisna olmaqla, 2027-ci il Dövlət İnvestisiya Proqramına yeni layihələrin daxil edilməməsi nəzərdə tutulur. Mövcud dövlət əsas kapitalından daha səmərəli istifadə məqsədilə texniki xidmət və təmir işlərinə də üstünlük veriləcək.
Sənəddə həmçinin dövlət investisiyalarının özəl sektor sərmayələrini tamamlaması, iqtisadi və sosial infrastrukturu gücləndirən, istehsal və məşğulluğu dəstəkləyən layihələrə yönəldilməsi vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













