"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
Far.Az xəbər saytı

"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb


İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib.

"İranın 40 günlük tətbiq olunmuş müharibə zamanı öz ərazisinə yaxın olan və 600-700 kilometrdən az məsafədə yerləşən Qətər, Küveyt və Səudiyyə Ərəbistanının şərqindəki bazalara endirdiyi ilkin zərbələr bu məntəqələri ciddi şəkildə zəiflədib", - hesabatda qeyd olunub və əlavə edilib ki, bazaların döyüş qabiliyyətinin kəskin şəkildə azalması Amerika komandanlığını əsaslı bir həll yoluna əl atmağa məcbur edib.

İddiaya görə, ABŞ səhranın dərinliklərinə taktiki geri çəkilmə həyata keçirib: "Beləliklə, ən vacib hava və hava hücumundan müdafiə avadanlıqları iki uzaq obyektə – Səudiyyə Ərəbistanındakı Əl-Xərc və İordaniyadakı Əl-Əzrəq bazalarına köçürülüb.

Yeni hava şəbəkəsi MQ-9 və MQ-4 kimi pilotsuz uçuş aparatlarının (PUA), həmçinin İsrailin kəşfiyyat təyyarələrinin və digər tərəfdən E-11, E-3 və E-2D tipli insanlı təyyarələrin kombinasiyasından ibarət idi. Lakin birbaşa buraxılış qurğularının məhv edilməsinə diqqət yetirmək əvəzinə, İranın kəşfiyyat və əməliyyat qrupları uzaq bazaların dəstək şəbəkəsini, yanacaq təchizatı zəncirini hədəfə almağa qərar veriblər".

Bununla da İran Əl-Xərc və Əl-Əzrəqdə yerləşən qırıcılar havada yanacaq doldurmalı olub. "Yeddi hərbi yanacaqdolduran təyyarə ciddi zədələnib, onlardan ikisi tamamilə məhv edilib və qalıqları səhrada qalıb", - hesabatda qabardılıb.

Məlumata görə, bir THAAD hava hücumundan müdafiə sistemi tamamilə sıradan çıxıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq bu ölkəyə zərbə endirildiyini bəyan edib.

Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda Hörmüz boğazına nəzarətlə bağlı danışıqlar aparılır. Lakin ABŞ ilə İran arasında dialoq bərpa olunmayıb və vaxtaşırı toqquşmalar qeydə alınır.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər