AMB BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
O qeyd edib ki, bu zaman 1, 3 və 10 misli hədləri müəyyən olunub.
X.İsmayılov deyib ki, ölkədə BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 %-dir: "Bu sahədə məqsəd isə cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır. BOKT-ların kifayət qədər kapitalı olmalıdır. Məsələn, BOKT-un kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon və ya 15 milyon manat səviyyəsində olmalıdır. Lakin BOKT-un istehlak kreditləri üzrə faiz dərəcəsi açıqlanan istehlak kreditlərinin orta faiz dərəcəsinin 1/25 misli həddini keçmirsə, bu halda 10 mislinə qədər öhdəlik cəlb edə bilər. Çünki öhdəlikləri dayanmadan artıran təşkilatlar əlavə risklər formalaşdırır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Tovuzda hamilə qadın bıçaqlanıb













