Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq"
Far.Az xəbər saytı

Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq"


Gəncənin Əziz Əliyev küçəsində tez-tez baş verən yol-nəqliyyat hadisələri sakinləri narahat edir.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, ərazidə günün müxtəlif saatlarında ağır qəzalar baş verir. Onların sözlərinə görə, əsas səbəblərdən biri sürücülərin yüksək sürətlə hərəkət etmələridir.

Sakinlərdən biri bildirib ki, gün ərzində ərazidə üç ağır qəza baş verdiyinin şahidi olub. Digər sakinlər isə avtomobillərin əyləc səsini eşidən kimi təşvişə düşdüklərini, uzun müddətdir stres içində yaşadıqlarını deyiblər.

Onlardan biri vəziyyətin dözülməz həddə çatdığını bildirərək evini satışa çıxardığını qeyd edib:

"Stresdən yaşaya bilmirik. Evimizi satışa qoymuşuq. Hamı buranın təhlükəli olduğunu bilir deyə heç kim evi almaq istəmir. Deyirlər ki, sən qorxub qaçırsansa, mən gəlib burada necə yaşayım?"

Sakinlərin sözlərinə görə, qəzalar nəticəsində yol kənarındakı ağaclara, avtomobillərə və digər əmlaka da ziyan dəyib. Onlar bildirirlər ki, küçədə avtomobil saxlamaq belə təhlükəlidir.

"Bura yaşayış yeridir. Hamının qapısı yola açılır. İnsanlar uşağını məktəbə buraxmağa belə qorxurlar. Avtomobillər ağlagəlməz sürətlə hərəkət edir. Bu küçə qan çanağına çevrilib", - deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ədəd sürət həddinə nəzarət edən radar quraşdırılıb.

Bununla yanaşı, şəhərin digər küçə və prospektlərində olduğu kimi, sözügedən ərazidə də yol polisi əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparılır, hərəkət iştirakçıları ilə profilaktik tədbirlər həyata keçirilir və yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edilir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər