Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalını ziyarət ediblər.
"Report"un Qarabağa ezam olunan əməkdaşının verdiyi məlumata görə, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına, o cümlədən müxtəlif növ bal və digər arıçılıq məhsullarına baxıblar.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.
Tədbir İDEA İctimai Birliyi tərəfindən Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkil olunub.
Festivalda Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrindən otuz dörd arıçı fermer iştirak edib.
Tədbirdə həmçinin İDEA tərəfindən həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçılarının məhsulları da təqdim olunub.
Festival konsert proqramı ilə davam edib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
MKİ 11 sentyabr terror aktının hazırlığı barədə sənədlərin məxfiliyini ləğv edib
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
-
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb













