Bild: Almaniyada dizel yanacağının qiyməti Bab əl-Məndəb boğazındakı vəziyyətə görə artır
Far.Az xəbər saytı

Bild: Almaniyada dizel yanacağının qiyməti Bab əl-Məndəb boğazındakı vəziyyətə görə artır


Almaniyanın yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri Yəmənin husi üsyançılarının fəaliyyətləri səbəbindən Bab əl-Məndəb boğazı ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar kəskin şəkildə artıb.

"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, şənbə günü yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) Almaniyada dizel yanacağının litrinin orta qiyməti 2,56 avroya yüksəlib. Əvvəllər bu rəqəm təxminən 0,20 sent aşağı idi. Bu cür artımlar digər günlərdə də müşahidə oluna bilər, lakin qiymətlər adətən tez düşür. Şənbə günü isə yüksək olaraq qalıb.

Lakin nəşr "clever-tanken.de" yanacaq qiymətlərinin müqayisə portalına istinadən aydınlaşdırıb ki, şənbə günü Berlin yanacaqdoldurma məntəqələrindən birində dizelin litrinin qiyməti təxminən 2,80 avro olub.

"Benzin.jetzt" istehlakçı portalının statistikasına görə, bir gün əvvəl dizelin orta gündəlik qiyməti 2,38 avrodan çox olmaqla yeni aylıq maksimuma çatmışdı. Almaniya Avtomobil Klubunun məlumatına görə, bütün zamanların ən yüksək həddi 2.446 avrodur və 7 apreldə qeydə alınıb.

Daha əvvəl bildirilib ki, husilər Yəmənin bütün qərb sahillərini nəzarətə götürüblər və strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı üzərində nəzarəti genişləndiriblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər